Türkiyə ilə Azərbaycan Respublikası arasında keçirilən birgə təlim Ermənistana təzyiq strategiyasıdır
https://parstoday.ir/azeri/news/azerbaijan-i2736-türkiyə_ilə_azərbaycan_respublikası_arasında_keçirilən_birgə_təlim_ermənistana_təzyiq_strategiyasıdır
Fransa mətbuatı yazıb ki, Türkiyə ilə Azərbaycan Respublikası arasında keçirilən təlim Ermənistana təzyiq strategiyası kimi şərh edilir və münaqişənin yolda ola biləcəyinə işarə edir.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Okt 23, 2023 06:06 Asia/Baku
  • Türkiyə ilə Azərbaycan Respublikası arasında keçirilən birgə təlim Ermənistana təzyiq strategiyasıdır

Fransa mətbuatı yazıb ki, Türkiyə ilə Azərbaycan Respublikası arasında keçirilən təlim Ermənistana təzyiq strategiyası kimi şərh edilir və münaqişənin yolda ola biləcəyinə işarə edir.

Sentyabrın 19-da Bakı antiterror əməliyyatları adı ilə Qarabağa hücum etdi və bundan sonra bölgədə olan erməni qüvvələri Bakının onları tərksilah etmək şərtlərini qəbul edərək atəşkəsə razılaşdılar. Lakin Ermənistanla Azərbaycan Respublikası arasında gərginlik davam edir və bu arada Türkiyə keçmişdə olduğu kimi tamamilə birtərəfli qaydada Bakının tərəfində olub.

Bazar günü (dünən) Fransanın Beynəlxalq Radiosunun saytı Azərbaycanın Türkiyə ilə birgə təlimi barədə yazıb:  Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev son vaxtlar bildirib ki, Bakının Ermənistanın müstəqil ərazisində hərbi məqsədləri yoxdur, lakin onun Ankara ilə birgə keçirdiyi hərbi təlim İrəvana təzyiq strategiyası kimi şərh olunur.

Bu fransız mediası əlavə edib: Bakı İrəvana qarşı ritorikasını artıraraq Ermənistan ərazisindən “Zənqəzur” adı altında dəhliz yaradılmasını tələb edərkən Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişənin yenidən başlaması ilə bağlı narahatlıqlar artır və Ermənistan qəti şəkildə buna qarşıdır.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və qarabağda daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.