Sülh razılaşması üçün real şanslar var - Ceyhun Bayramov
https://parstoday.ir/azeri/news/azerbaijan-i2786-sülh_razılaşması_üçün_real_şanslar_var_ceyhun_bayramov
Azərbaycanın xarici işlər naziri: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şanslar var.
(last modified 2023-10-26T05:44:57+00:00 )
Okt 25, 2023 09:54 Asia/Baku
  • Sülh razılaşması üçün real şanslar var - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şanslar var.

24 Oktyabrda ( 2023) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi ilə görüşüb söhbət edib.

 Azərbaycan Respublikası XİN-dən KİV-ə verilən xəbərə görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub.

 Nazir Ceyhun Bayramov, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb.

Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində Azərbaycan Respublikasının ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.