Amerika ölkələrin suveren işlərinə qarışmaqdan əl çəkmir
https://parstoday.ir/azeri/news/azerbaijan-i2818-amerika_ölkələrin_suveren_işlərinə_qarışmaqdan_əl_çəkmir
Metyu Miller :ABŞ Qafqazda sülhə nail olmaq üçün səylərini davam etdirəcək
(last modified 2023-10-29T05:21:37+00:00 )
Okt 27, 2023 08:44 Asia/Baku
  • Amerika ölkələrin suveren işlərinə qarışmaqdan əl çəkmir

Metyu Miller :ABŞ Qafqazda sülhə nail olmaq üçün səylərini davam etdirəcək

"Vaşinqton Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək".

Azərbaycandak KİV-i xəbər verir ki, bu sözləri ötən günkü brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Düşünürəm ki, bu iki ölkə arasında sülhü təmin etmək həm onların, həm də regionun və dünyanın maraqlarına uyğundur. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, -  Metyu Miller qeyd edib.

Qeyd edək ki, Regiondankənar hökumətlərin regional işlərə qarışmaq cəhdlərinə baxmayaraq 23 Oktyabrda Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın, Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan "3+3" formatında görüşdə iştirak ediblər.

3+3 formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

Tehranda keçirilən “3+3” formatında görüşünün nəticələrinə dair bəyanatda qeyd olunub ki, ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsi vacibdir bu xüsusda mübahisələrin sülh yolu ilə həllinin, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, dövlətlərarası münasibətlər və daxili işlərə qarışmamanın, güc tətbiq etməyin qadağan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin bütün prinsiplərinə əsaslanan insan hüquqlarına hörmət edilməsi vacibdir.