Ermənistan və Azərbaycan Respublikası baş nazirləri görüşüb
https://parstoday.ir/azeri/news/azerbaijan-i2822-ermənistan_və_azərbaycan_respublikası_baş_nazirləri_görüşüb
Tbilisidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanın baş naziri Əli Əsədov arasında dialoq keçirilib.
(last modified 2023-10-29T05:21:40+00:00 )
Okt 27, 2023 10:53 Asia/Baku
  • Ermənistan və Azərbaycan Respublikası baş nazirləri görüşüb

Tbilisidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanın baş naziri Əli Əsədov arasında dialoq keçirilib.

Aran Radiosunun İSNA-a istinadən verdiyi məlumata görə, bu danışıqlar Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təşəbüsü ilə aparılıb.

Bir neçə saat davam edən bu görüşün təfərrüatları hələlik açıqlanmayıb.

Bu görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Azərbaycan Respublikası ilə sülhün bərqərar olacağına və iki ölkə arasında diplomatik münasibətlərin bərpasının mümkünlüyünə ümid etdiyini bildirib.