Azərbaycan Qəzzada dərhal atəşkəs haqqında qətnamənin lehinə səs verib
https://parstoday.ir/azeri/news/azerbaijan-i2848-azərbaycan_qəzzada_dərhal_atəşkəs_haqqında_qətnamənin_lehinə_səs_verib
Azərbaycan Respublikası Qəzzada dərhal atəşkəs haqqında qətnamənin lehinə səs verib. İsrailin BMT-dəki səfiri bu qətnaməni rədd edərək deyib: BMT-nin bu qətnamə ilə heç bir qanuniliyi yoxdur.
(last modified 2023-10-30T05:08:32+00:00 )
Okt 29, 2023 06:08 Asia/Baku
  • Azərbaycan Qəzzada dərhal atəşkəs haqqında qətnamənin lehinə səs verib

Azərbaycan Respublikası Qəzzada dərhal atəşkəs haqqında qətnamənin lehinə səs verib. İsrailin BMT-dəki səfiri bu qətnaməni rədd edərək deyib: BMT-nin bu qətnamə ilə heç bir qanuniliyi yoxdur.

BMT Baş Assambleyasının şənbə günü iclasında ərəb ölkələrinin dərhal atəşkəs və Qəzzaya humanitar yardım göndərilməsi üçün təklif etdiyi qətnamə  layihəsinin qəbulunda lehinə 120, əleyhinə 14  səslə təsdiqləndi; 45 ölkə səsvermədə iştirak etməyib.

Qondarma sionist rejimin Qəzzə zolağına hücumlarının güclənməsi və Qəzzada 70%i qadın və uşaq olmaqla  8 min nəfərdən çox dinc sakinin şəhid olması ilə BMT Baş Assambleyası Qəzzada hücumları dayandırmaq üçün təcili humanitar atəşkəs tələb edən ərəb ölkələrinin təqdim etdiyi qətnamə layihəsini qəbul etdi.

Bu qətnamənin lehinə səs verən ölkələr arasında Azərbaycan Respublikasının adı da var.

İsrailin BMT-dəki səfiri bu qətnaməni rədd edərək deyib: “Bu qətnamə ilə BMT-nin artıq zərrə qədər də legitimliyi qalmayıb.”

O deyib ki, HƏMAS-ın gücü məhv edilənə və əsirlər geri qaytarılana qədər İsrail döyüşü davam etdirəcək.