Azərbaycan Ağbənd-İran yolunun tikintisinə 14 milyon manat ayırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadiz-Ağbənd avtomobil yolundan İrana yeni avtomobil yolu layihəsinin davam etdirilməsi və Araz çayı üzərində körpünün tikintisi ilə bağlı sərəncam imzalayıb.
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 milyon manat ayrılıb.
Azərbaycan KIV-i xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, İranın yol və şəhərsalma naziri İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın rəhbəri kimi iki ölkənin layihələrini ziyarət edib bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün oktyabrın 6-da iki günlük səfər çərçivəsində Bakıya səfər etmişdi
Səfər çərçivəsində İranla Azərbaycan arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması və Ağbənd körpüsü üçün sərhəd sıfır nöqtəsinin müəyyən edilməlməsi və bu körpünün tikintisi kimi layihələrin icrası müzakirə edilib.