Bakının dağlıq Garabağda Tarixi toponimlərin bərpası ilə bağlı tədbirləri var
https://parstoday.ir/azeri/news/azerbaijan-i2894-bakının_dağlıq_garabağda_tarixi_toponimlərin_bərpası_ilə_bağlı_tədbirləri_var
Ermənilər ərazilərimizi işğala məruz qoyanda toponimlərimizin adın dəyişib - Siyavuş Novruzov
(last modified 2023-11-01T07:11:03+00:00 )
Okt 31, 2023 09:59 Asia/Baku
  • Bakının dağlıq Garabağda Tarixi toponimlərin bərpası ilə bağlı tədbirləri var

Ermənilər ərazilərimizi işğala məruz qoyanda toponimlərimizin adın dəyişib - Siyavuş Novruzov

Toponimlər hər bir xalqın milli kimliyidir. Məhz buna görə də ermənilər ərazilərimizi işğal edib, xalqımızı deportasiyaya məruz qoyanda ilk əvvəl toponimlərin adını dəyişib.

Aran radiosu Trend-ə istinadla xəbər verir ki , bunu Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov iddia etdikləri“Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu baxımdan sözügedən məsələ ilə əlaqədar qarşımızda bir çox məqamlar dayanıb ki, onları həll etməliyik.

“Tarixi toponimlərimizin bərpası ilə bağlı bir sıra tədbirlər var və bunları həyata keçirəcəyik”, - deyə Novruzov qeyd edib.