Vasitəçilər Əliyev-Paşinyan görüşünün baş tutmasına çalişirlar
Beynəlxalq vasitəçilər yeni görüşün təşkili istiqamətində müəyyən işlər görürlər-Ermənistan xarici işlər nazirinin müavini
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qarşıdakı müddətdə mümkün görüşlə bağlı suala cavab verib.
Aran Radiosu xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir müavini bildirib ki, beynəlxalq vasitəçilər yeni görüşün təşkili istiqamətində müəyyən işlər görürlər.
“Biz vasitəçilərlə daim əlaqə saxlayırıq. Beləliklə, biz yeni görüşün baş tutmasını gözləyirik. Hazırda belə bir görüşün hansı səviyyədə, harada və kimin vasitəçiliyilə baş tutacağı haqqında nəsə demək mənim üçün çətin ola bilər”, - Vahan Kostanyan əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Respublikasının prezidenti Elham Əliyevin sonuncu birgə görüşü ləğv edilmişdi.
Bununla bağlı Ermənistan dövlət xəbər agentliyi oktyabrın sonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Paşinyan və Əliyev arasında keçiriləcək görüşün vaxt azlığına görə keçirilməyəcəyini bildirmişdi.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarda bildimişdi ki, Avropa İttifaqı yeni görüş planlaşdırmağa çalışır.