Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılır.
https://parstoday.ir/azeri/news/azerbaijan-i3220-ermənistan_və_azərbaycan_xarici_işlər_nazirlərinin_yaxın_vaxtlarda_görüşü_planlaşdırılır.
Azərbaycan təsdiqlədi: Görüş 30 noyabrda olacaq!
(last modified 2023-11-25T02:46:07+00:00 )
Noy 24, 2023 04:52 Asia/Baku
  • Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılır.

Azərbaycan təsdiqlədi: Görüş 30 noyabrda olacaq!

Azərbaycan XİN noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

Bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd olunub ki, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəd bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək.

Bundan əvvəl Ermənistan XİN də görüşün noyabrın 30-da olacağını açıqlayıb.