Azərbaycan İranla sərhəddə yeni buraxılış məntəqələri yaradacaq
Azərbaycan Respublikasının KIV-i cümə axşamı günü bu ölkənin tranzit imkanlarını artırmaq üçün İranla sərhəddə yeni buraxılış məntəqələri yaratmaq niyyətində olduğunu bildirib.
Aran Radiosu "Trend"ə istinadla xəbər verir ki, Azərbaycan Respublikası cümə axşamı tranzit imkanlarını artırmaq məqsədilə İranla sərhədində yeni buraxılış məntəqələri yaratmağı planlaşdırdırır.
Bu xəbərə görə,bu məsələ Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Qeyd edilib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.
Son vaxtlar İran İslam Respublıkasının yol və şəhərsalma naziri Mehrdad Bəzarpaş Azərbaycan Respublikasının paytaxtı Bakıya səfəri zamanı İlham Əliyevlə görüşüb söhbət edib.
Əliyev bu görüşdə İran və Azərbaycan Respublikası dostluğunu region üçün mühüm amil adlandırıb və bildirib ki, regionun problemlərinin həlli region ölkələrinin iştirakı ilə mümkündür.