Ermənistan erməni və azərbaycanlı əsirləri mübadilə etməyə hazır olduğunu bildirib
Ermənistanın baş naziri erməni və azərbaycanlı əsirləri mübadilə etməyə hazır olduğunu bəyan edib.
Ermənistan və Azərbaycan Respublikası arasında iki ölkə arasında girovların mübadiləsi münasibətlərin normallaşması prosesində həll olunmamış əsas məsələlərdən biri hesab olunur.
Tasnim xəbər agentliyinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan dünən verdiyi müsahibədə Azərbaycan Respublikasını məhbuslar məsələsini siyasiləşdirməkdə günahlandırıb və bildirib ki, İrəvan məhbuslar məsələsinə diqqət yetirir və çevik olmaqla yanaşı, girovları mübadilə etmək üçün Bakı ilə əməkdaşlığa hazırıq deiyb.
Paşinyan bildirib ki, İrəvanın nöqteyi-nəzərindən əsir və məhkumların mübadiləsi tamamilə humanitar məsələdir.
Ermənistanın baş naziri ölkənin məhkumların və məhbusların mübadiləsi üçün beynəlxalq insan haqları məhkəmələrinə və digər hüquqi qurumlara müraciyətini xatırladıb və deyib: “Nə qədər ki, əsir qardaşlarımız Ermənistana qayıtmayıblar, görülən işlər yetərli sayıla bilməz və biz bu istiqamətdə əlimizdən gələni edəcəyik."