Türkmənistan, Azərbaycan Respublikası və Türkiyə Ticarət Nazirliyi gömrük nümayəndələrinin üçtərəfli görüşü keçirilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i3246-türkmənistan_azərbaycan_respublikası_və_türkiyə_ticarət_nazirliyi_gömrük_nümayəndələrinin_üçtərəfli_görüşü_keçirilib
Türkmənistan və Azərbaycan Respublikası gömrük nümayəndələri və Türkiyə Ticarət Nazirliyinin nümayəndəsi ticarət mübadiləsini asanlaşdırmaq məqsədi ilə üçtərəfli görüş keçirib.
(last modified 2023-11-25T06:26:25+00:00 )
Noy 25, 2023 10:26 Asia/Baku
  • Türkmənistan, Azərbaycan Respublikası və Türkiyə Ticarət Nazirliyi gömrük nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Türkmənistan və Azərbaycan Respublikası gömrük nümayəndələri və Türkiyə Ticarət Nazirliyinin nümayəndəsi ticarət mübadiləsini asanlaşdırmaq məqsədi ilə üçtərəfli görüş keçirib.

Fars xəbər agentliyinin məlumatına görə, Türkmənistan, Azərbaycan və Türkiyə Ticarət Nazirliyinin gömrük xidmətlərinin nümayəndələrinin üçtərəfli görüşü virtual olaraq türkmən tərəfinin təşəbbüsü ilə keçirilib.

Bu görüşün əsas məqsədi üç ölkənin hökumətləri arasında gömrük əməkdaşlığı üzrə birgə məsləhət komissiyasının yaradılması ilə bağlı anlaşma memorandumunun həyata keçirilməsi olub.

Bu üç ölkənin nümayəndələri məlumat mübadiləsi, ilk görüşün yeri və vaxtı, eləcə də gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri ilə bağlı məlumatlar ətrafında fikir mübadiləsi aparıblar.

Bu sənədin imzalanmasında məqsəd malların sürətli daşınmasını asanlaşdırmaq, məlumat mübadiləsi və üçtərəfli ticarətin inkişafı və əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaratmaqdır.