Bakı hava limanından Tehrana uçuşların ləğvi təkzib edilib
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu Tehrana uçuşların təxirə salınması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bazar günü gecə bəzi xəbər kanalları Azərbaycan Respublikasının İrana uçuşlarının dayandırıldığı barədə xəbər yayraq İctimaiyyətə məlumat verilmədən ,dünəndən etibarən Bakıdan Tehrana uçuşların tamamilə dayandırıldığını iddia edib.
Azərbaycan Respublikasının Trend İnformasiya Agentliyinin bazar ertəsi səhər verdiyi məlumata görə, Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu İrana uçuşların adi qaydada həyata keçiriləcəyini bildirib.
Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan azərbaycanlı həmkarı ilə bir neçə raund danışıqlarında sionist rejimin region ölkələrinin birliyi, təhlükəsizliyi və tərəqqisinə qarşı sui-qəsdinə işarə edərək bildirib region ölkələri arasındakı fikir ayrılıqlarından ancaq düşmənlər faydalanır.
Bu telefon danışıqlarında iki millətin və iki ölkənin, mənafeyinə uyğun olaraq daha çox media məkanının idarə olunmasının zəruriliyi vurğulanıb.
Həmçinin,telefon danışığı zamanı Hüseyn Əmir Abdullahyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ikitərəfli münasibətlərdəki son hadisələrdən danışıb iki ölkə arasında imzalanmış ikitərəfli razılaşmaların davam etdirildiyini vurğulayıblar.