Noy 28, 2023 16:18 Asia/Baku
  • Murad Abdullayev 3 il həbsdə qalacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir dindarın məhkəmə prosesi yekunlaşıb.

Məlumat İnformasiya Agentliyinin xəbərinə əsasən, 2023-cü ilin mart ayında saxlanılan Murad Abdullayev 3 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd olunur ki, Murad Abdullayev mart ayının ilk ongünlüyündə saxlanılan 33 dindardan biridir. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunsa da, ittiham sübutunu tapmadığı üçün 234.1-1-ə tövsif olunub.