Əliyev: Vaşinqton Bakı ilə münasibətlərə xələl gətirib
(last modified Wed, 29 Nov 2023 07:34:04 GMT )
Noy 29, 2023 11:34 Asia/Baku
  • Əliyev: Vaşinqton Bakı ilə münasibətlərə xələl gətirib

Azərbaycan Respublikasının Prezidenti ABŞ dövlət katibi ilə söhbətində bildirib ki, Vaşinqtonun son hərəkətləri iki ölkə arasında münasibətlərə xələl gətirib.

İRNA xəbər agentliyinin məlumatına görə, İlham Əliyev ABŞ-ın xarici işlər naziri Entoni Blinkenlə telefon danışığında O`Brayen-in açıqlamalarını rədd edib və onun sözlərini qərəzli və həqiqətə uyğun olmadığını bildirib.

Əliyev xatırladıb ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bununla bağlı noyabrın 16-da bəyanat yayıb və yüksək rütbəli Amerika rəsmilərinin bütün səfərlərini ləğv edib.

Azərbaycan Prezident Aparatının yaydığı məlumata görə, Blinken iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün O'Brayenın dekabrda Bakıya səfər etməsinə rəsmi bakının icazə verməsini istəyib.

ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin noyabrın 15-də keçirilən iclasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki hərəkətlərini pisləyib. o demişdir Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh prosesində irəliləyiş əldə olunmasa ABŞ-ın Aaərbaycanla əlaqələri keçmişdəki kimi davam edə bilməz.