Noy 30, 2023 12:04 Asia/Baku
  • Ermənistan və Azərbaycan arasında delimitasiya komissiyalarının iclası başlayıb

Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası məsələləri üzrə dövlət komissiyalarının iclası başlayıb.

Azərbaycanın Qazax rayonun Ermənistanın İcevan rayonu ilə sərhədində delimitasiya və sərhəd təhlükəsizliyi üzrə dövlət komissiyalarının işi çərçivəsində görüş başlayıb.

Aran Radiosu xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.

Görüş Qazax-İcevan sərhədində keçirilir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.

Qeyd edək ki, bu, dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 5-ci iclasıdır.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Azərbaycana iki ölkə arasında dövlət sərhədində demarkasiya komissiyalarının iclasının keçirilməsini təklif etmişdi.

Ermənistanın Xarici İşlər Nazirliyinin Bəyanatında qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.