Azərbaycanda qızılca ilə bağlı ŞOK AÇIQLAMA
(last modified Sat, 02 Dec 2023 06:11:45 GMT )
Dek 02, 2023 10:11 Asia/Baku
  • Azərbaycanda qızılca ilə bağlı ŞOK AÇIQLAMA

“Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur”.

Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var”.

Verilən məlumatlara əsasən son günlər ərzində Azərbaycan Respublikasında bununla bağlı ölüm faktı qeydə alınıb.