Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i3408-azərbaycanda_növbədənkənar_prezident_seçkiləri_elan_edilib
Azərbaycan Respublikasının Prezidenti bu ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
(last modified 2023-12-09T09:24:17+00:00 )
Dek 08, 2023 06:49 Asia/Baku
  • Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Azərbaycan Respublikasının Prezidenti bu ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Fevralda Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu xəbərə görə,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

 61 yaşlı Əliyev sonuncu dəfə 2018-ci ildə daha 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilib.