Aİ missiyası Azərbaycan əleyhinə istifadə olunur - Ceyhun Bayramov
https://parstoday.ir/azeri/news/azerbaijan-i3468-aİ_missiyası_azərbaycan_əleyhinə_istifadə_olunur_ceyhun_bayramov
Azərbaycanın xarici işlər naziri: Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”.
(last modified 2023-12-13T07:04:15+00:00 )
Dek 12, 2023 09:09 Asia/Baku
  • Aİ missiyası Azərbaycan əleyhinə istifadə olunur - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri: Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”.

Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur”.

AR KİV-i xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Bayramov deyib ki, "Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur.

 Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”, - deyə Azərbaycanın xarici işlər naziri  qeyd edib.

Qeyd edək,bundan əvvəl AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell demişdi ki, “Xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl mən günə Ermənistanın xarici işlər naziri ilə görüşlə başlayacağam.

Jozep Borrell:Ermənistandakı vəziyyət bizim güclü dəstəyimizi tələb edir

 Şərq Tərəfdaşlığı məkanında çətin vəziyyət var: Belarus, Ukrayna, həmçinin Cənubi Qafqaz. Gürcüstanın Aİ-ə üzvlük yolunda irəliləməsi yaxşı xəbərdir, lakin Ermənistandakı vəziyyət bizim güclü dəstəyimizi tələb edir. Onu necə artıra biləcəyimizə baxaq”, - deyə Borrell bildirib.