Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər
https://parstoday.ir/azeri/news/azerbaijan-i3492-azərbaycan_və_ermənistan_tərəfində_saxlanılan_hərbçilər_qarşılıqlı_şəkildə_azad_ediliblər
Ermənistan və Azərbaycan Respublikası iki ölkə arasında son vaxtlar imzalanmış sazişə uyğun olaraq hərbi əsirlərin mübadiləsini həyata keçirib.
(last modified 2023-12-16T07:04:14+00:00 )
Dek 14, 2023 05:10 Asia/Baku
  • Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər

Ermənistan və Azərbaycan Respublikası iki ölkə arasında son vaxtlar imzalanmış sazişə uyğun olaraq hərbi əsirlərin mübadiləsini həyata keçirib.

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Aran Radiosu "Azərtac"-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Xatırladaq ki, bu ilin sentyabrında Dağlıq Qarabağın Azərbaycan Respublikası qüvvələri tərəfindən ələ keçirilməsi ilə yaranan son gərginlikdən sonra 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.