Ankara danışıqlarda bitərəfdir-Bayramov
https://parstoday.ir/azeri/news/azerbaijan-i3506-ankara_danışıqlarda_bitərəfdir_bayramov
Azərbaycanın xarici işlər naziri Türkiyənin İrəvan-Bakı danışıqlarında bitərəf olduğunu iddia edib.
(last modified 2023-12-16T07:04:04+00:00 )
Dek 16, 2023 05:55 Asia/Baku
  • Ankara danışıqlarda bitərəfdir-Bayramov

Azərbaycanın xarici işlər naziri Türkiyənin İrəvan-Bakı danışıqlarında bitərəf olduğunu iddia edib.

Ermənistan İctimai Radiosunun məlumatına görə, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakı-İrəvan danışıqlarında Türkiyəni bitərəf adlandırıb.

Bayramov Türkiyəni Ermənistanın qonşusu, regionda sülh, sabitlik və inkişafın bərqərar olmasının tərəfdarı adlandırıb və Türkiyənin danışıqlar masasında olmasının faydalı olacağını iddia edib.

"İndi qərar Ermənistanın masasındadır".- deyə Bayramov əlavə edib.

Ermənistanda keçirilən sorğulara görə, bu ölkənin xalqı Azərbaycan Respublikası ilə ardıcıl iki döyüşə baxmayaraq, Türkiyəni əsas düşmən kimi tanıyır.