Azərbaycan Respublikasında boşananlar artıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i3518-azərbaycan_respublikasında_boşananlar_artıb
Azərbaycanda evlənənlər azalıb, boşananlar artıb
(last modified 2026-04-08T07:08:49+00:00 )
Dek 15, 2023 16:14 Asia/Baku
  • Azərbaycan Respublikasında boşananlar artıb

Azərbaycanda evlənənlər azalıb, boşananlar artıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb.

Bu barədə KIV-ə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Məlumat üçün qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə Azərbaycan Respublikası əhalisinin  son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib.