Ermənistanla sərhədin müəyyənləşdirilməsi ilə bağlı Bakının maksimum tələbləri davam edir
https://parstoday.ir/azeri/news/azerbaijan-i362-ermənistanla_sərhədin_müəyyənləşdirilməsi_ilə_bağlı_bakının_maksimum_tələbləri_davam_edir
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin 1975-ci il xəritəsi əsasında sovet dovrundəki sərhədlərin müəyyən edilməsi ilə bağlı İrəvanla Bakı arasında əldə olunmuş razılaşma haqqında bəyanatını təkzib edib.
(last modified 2023-08-27T04:57:17+00:00 )
İyun 07, 2023 04:37 Asia/Baku
  • Ermənistanla sərhədin müəyyənləşdirilməsi ilə bağlı Bakının maksimum tələbləri davam edir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin 1975-ci il xəritəsi əsasında sovet dovrundəki sərhədlərin müəyyən edilməsi ilə bağlı İrəvanla Bakı arasında əldə olunmuş razılaşma haqqında bəyanatını təkzib edib.

“Axar” saytı Bakının bu mövqeyini təhlil edərək yazıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, iki ölkənin sərhədləri onun şərtlərinə əsasən müəyyənləşəcək.

Bildirilir ki, sionist və ingilis mərkəzlərindən alınan göstərişlərə əsasən, Bakı Qafqazda münaqişənin əbədi olaraq həll olunmamış qalması üçün Ermənistana şərtlər qoyur. Əliyev Azərbaycan Respublikasında öz siyasi hakimiyyətini saxlamağın yeganə yolunu ermənilər və ya digər dövlətlərlə münaqişənin davam etdirilməsi və müharibə vəziyyətinin saxlanması hesab edir, buna görə də son üç ildə Britaniya-Amerika planları əsasında ,  Zəngəzur böhranını Qarabağ böhranı ilə əvəz etməyə çalışdı.