Tehran və Baki arasinda hüquqi həmkarliqlar genişlənir
İran və Azərbaycan Respublikası prokurorları görüşüblər
İran İslam Respublikası və Azərbaycan Respublikasının baş prokurorları video-formatda keçirilən iclasda son ikitərəfli məhkəmə və hüquq əməkdaşlıqları və razılaşmalarını araşdırıblar.
İran İslam Respublikasının baş prokuroru höccətülislam vəlmüslimin Məhəmməd Müvəhhidi və Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev bu iclasda iki ölkənin baş prokurorluqları arasında imzalanmış memorandum da daxil olmaqla son ikitərəfli məhkəmə və hüquqi əməkdaşlıqlar və müqavilələr barədə danışıb, ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər İran İslam Respublikası məhkəmə aparatının Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum kimi kədərli hadisə və onun amili barədəki təqib prosesini nəzərdən keçiriblər.
Bu barədə elan olunubdur ki, forma maneələrinin aradan götürülməsi və məhkəmə işinin təkmilləşməsi ilə məhkəmə iclasının zamanı təyin edilib. Məhkəmə iclası yaxın gələcəkdə keçiriləcək.
Höccətülislam vəlmüslimin Məhəmməd Müvəhhidi öz azərbaycanlı həmkarı Kamran Əliyevi İrana səfərə dəvət edib.