Sülh müqaviləsini bağlamaq üçün ciddi maneə görmürük - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
https://parstoday.ir/azeri/news/azerbaijan-i3724-sülh_müqaviləsini_bağlamaq_üçün_ciddi_maneə_görmürük_azərbaycan_respublikası_prezidentinin_köməkçisi
Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür.
(last modified 2023-12-31T07:03:29+00:00 )
Dek 30, 2023 06:58 Asia/Baku
  • Sülh müqaviləsini bağlamaq üçün ciddi maneə görmürük - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür.

Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür.

Aran Radiosu Azərbaycan KIV-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib.

"Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var", - H.Hacıyev vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının noyabrın 18-də Ermənistanın paytaxtında keçirilən payız sessiyasının açılış mərasimi zamanı bəyan etmişdi ki, İrəvan və Bakı Sülh müqaviləsinin əsas prinsipləri üzrə razılığa gəliblər.