Ermənistan və Azərbaycan Respublikası rəsmiləri arasında danışıqlar təxirə salındı
İyun 08, 2023 11:34 Asia/Baku
Ermənistan Xarici İşlər Nazirliyi bu gün iki ölkə rəsmiləri arasında gələn həftə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan danışıqların təxirə salındığını açıqlayıb.
Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında Vaşinqtonda keçiriləcək danışıqlar Bakının istəyi ilə təxirə salınıb.
Ermənistanın baş naziri Nikol Paşinyan bu ayın əvvəlində bu ölkənin və Azərbaycan Respublikasının xarici işlər nazirləri arasında danışıqların iyunun 12-də Vaşinqtonda keçiriləcəyini açıqlamışdı.