Ermənistan-Azərbaycan baş nazirlərinin müavinləri görüşəcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i3872-ermənistan_azərbaycan_baş_nazirlərinin_müavinləri_görüşəcək
Şahin Mustafayev Qriqoryanla görüşəcək
(last modified 2024-01-10T07:12:45+00:00 )
Yan 09, 2024 09:03 Asia/Baku
  • Ermənistan-Azərbaycan baş nazirlərinin müavinləri görüşəcək

Şahin Mustafayev Qriqoryanla görüşəcək

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonunda baş tutacaq.

bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli televiziyaya müsahibəsində bildirib.

O dəqiq tarixi açıqlamayıb.

Qriqoryan əlavə edib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib.

İki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın iştirakı ilə sonuncu görüş noyabrın 30-da sərhəddə baş tutub.

Görüş zamanı tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Bundan əvvəl Ermənistanın baş naziri Paşinyan Azərbaycan Respublikası ilə sülh sazişinin imzalanması üçün siyasi və diplomatik səyləri gücləndirmək niyyətində olduğunu bildirib.