Azərbaycanın Seçkilərdən sonra quru sərhədləri açıla bilər
https://parstoday.ir/azeri/news/azerbaijan-i3874-azərbaycanın_seçkilərdən_sonra_quru_sərhədləri_açıla_bilər
Seçkilərdən sonra çox şey dəyişə bilər-Azərbaycan Respublikasının Milli Məclisinin Regional məsələlər komitəsinin üzvü
(last modified 2024-01-10T07:12:45+00:00 )
Yan 09, 2024 09:33 Asia/Baku
  • Azərbaycanın Seçkilərdən sonra quru sərhədləri açıla bilər

Seçkilərdən sonra çox şey dəyişə bilər-Azərbaycan Respublikasının Milli Məclisinin Regional məsələlər komitəsinin üzvü

Azərbaycanda COVİD-19-la bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Ancaq 2023-cü ilin 11 dekabr tarixində verilən qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü ilin aprel ayının 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Azərbaycanda Quru sərhədlərinin nə vaxt açılacağı cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biridir.

 Sosial şəbəkələrdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar seçkilərdən sonra quru sərhədlərinin açıla biləcəyi barədə iddialar yayılıb.

Məsələ ilə bağlı Azərbaycan KİV-ə danışan bu ölkənin Milli Məclisinin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, quru sərhədlərinin daim bağlı qalmayacağı aydındır.

K.Bayramov bir sıra məsələlər həll edildikdən sonra quru sərhədlərinin açılacağının gündəmə gələ biləcəyini deyib: Seçkilərdən sonra çox şey dəyişə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının qonşu dövlətlərlə quru sərhədlərinin bağlı qalması Azərbaycan vətəndaşlarının narahatlığına səbəb olub.