MDB Sərhəd Qoşunları Komandanları Bakıdan sonra İrəvanda toplaşacaq
https://parstoday.ir/azeri/news/azerbaijan-i394-mdb_sərhəd_qoşunları_komandanları_bakıdan_sonra_İrəvanda_toplaşacaq
Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək.
(last modified 2023-06-10T07:04:17+00:00 )
İyun 09, 2023 05:56 Asia/Baku
  • MDB Sərhəd Qoşunları Komandanları Bakıdan sonra İrəvanda toplaşacaq

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək.

Azərbaycanın informasiya və xəbər mənbələrinə istinadən , bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək. "Bu tədbirə hazırlıq artıq başlayıb” - general deyib.

Qeyd edək Cari ilin iyun ayının 8-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilib.Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış edilib.

Müstəqil Dövlətlər Birliyi (MDB) Sovet İttifaqının dağılmasından sonra yaranıb. Bu birliyin yaradılması haqqında bəyannamə 1991-ci il dekabrın 21-də Almatıda Azərbaycan Respublikası, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri tərəfindən imzalanmışdır.