Yan 20, 2024 14:24 Asia/Baku
  • Bu gün müsəlman xalqın qanlı qələbəsinin ildönümüdür - TƏHLİL

Bakılıların çoxu 20 yanvarda Allahu Əkbər sədası altında Sovet Ordusunun tankları qarşısında dayanaraq al qanı ilə öz inancını qorumağı nümayiş etdirdi.

 

1990-cı il yanvarın 20-si Azərbaycan Respublikası tarixində təkcə matəm günü və müsəlman xalqın Sovet Ordusu tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi günü kimi tanınmır, eyni zamanda islam dünyasının matəm günləri sırasındadır.

1988-ci ildən Ermənistan Respublikasında yaşayan minlərlə azərbaycanlı müsəlman bu ölkədən qovularaq Azərbaycana deportasiya edildi, onlar Azərbaycana köçməyə məcbur oldular. Bunun əvəzində Azərbaycan Respublikasında yaşayan ermənilər müsəlmanların qəzəbi ilə üzləşərək Azərbaycan ərazisini tərk etdilər. Bu vəziyyət Sovet Ordusunun müdaxiləsinə bəhanə oldu və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakıya daxil olaraq müdafiəsiz və dinc əhalinin üstünə atəş açaraq faciə törətdi.

Azadlıqsevər insanların qətlə yetirilməsi gecənin qaranlığında başlandı, düşmənin yüngül və ağır silahlarının səsi Bakının asayişini pozdu, lakin dəhşətli partlayış və atəş səsləri insanların iradəsini qıra bilmədi. İnsanlar işğalçı ordunun tankları qarşısına daş və çubuqlarla dayanaraq Allahu Əkbər deyə al qanları ilə əqidələrini qorudular, müqavimət göstərib Sovet Ordusunu geri oturtdular.

Statistikalar 20 Yanvar faciəsi şəhidlərinin sayında fərqli olsa da, bəzi məlumatlara görə, Bakıda bu unudulmaz və hüznlü gecədə 130-dan çox inqilabçı şəhid oldu, yüzlərlə insan yaralanı. Müstəqillik əldə etdikdən sonra Azərbaycan hökuməti bu günü ictimai matəm elan etdi.

O vaxtdan etibarən 20 yanvar Azərbaycan Respublikasında ümumxalq hüzn günü kimi qeyd edilir.

20 Yanvar faciəsi və ona qarşı Azərbaycan Respublikası müsəlman xalqının reaksiyası göstərdi ki, müxtəlif millətlərin milli və dini mənafeyini məhv etmək istəyən Lenin və Stalinin məfkurələri heç bir nəticə vermədi. Azərbaycan Respublikasının müsəlman xalqı öz idealları uğrunda möhkəm dayandı və nəhayət 1991-də müstəqilliyini bərpa etməyə nail oldu.

Teqlər