Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri danışıqlar aparacaqlar
https://parstoday.ir/azeri/news/azerbaijan-i4082-azərbaycan_və_ermənistan_baş_nazirlərinin_müavinləri_danışıqlar_aparacaqlar
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın müzakirə edəcək.
(last modified 2024-01-21T07:13:08+00:00 )
Yan 21, 2024 07:23 Asia/Baku
  • Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri danışıqlar aparacaqlar

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın müzakirə edəcək.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasında komissiyanın əsasnaməsi müzakirə olunacaq.

bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirilib.

Məlumatda deyilir ki, birgə komissiyanın toplantısı yanvarın sonunda keçiriləcək.

İclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev komissiyaların növbəti iclasının bu aya təyin edildiyini bildirmişdi.

Xatırladaq ki, Şahin Mustafayev və Mher Qriqoryan arasında sonuncu görüş noyabrın 30-da baş tutub.