Toivo Klaar və Ceyhun Bayramov Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə ediblər
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
“Armenpress”in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Bayramov və Klaar Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bəyanatda həmçinin qeyd edilir ki, Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir və gələcəkdə iki ölkənin siyasi rəhbərliyi arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklər.