Ermənistanın yaydığı məlumat təkzib edilib
İyun 10, 2023 04:15 Asia/Baku
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın atəşkəsin pozması ilə bağlı iddiasını rədd edib
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin yaydığı məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün Ermənistan Azərbaycan ordusunu növbəti dəfə atəşkəsi pozmaqda ittiham edib.