Ermənistanın yaydığı məlumat təkzib edilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i414-ermənistanın_yaydığı_məlumat_təkzib_edilib
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın atəşkəsin pozması ilə bağlı iddiasını rədd edib
(last modified 2023-06-10T07:04:23+00:00 )
İyun 10, 2023 04:15 Asia/Baku
  • Ermənistanın yaydığı məlumat təkzib edilib

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın atəşkəsin pozması ilə bağlı iddiasını rədd edib

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün Ermənistan Azərbaycan ordusunu növbəti dəfə atəşkəsi pozmaqda ittiham edib.