Azərbaycanlı idmançı Ermənistanın tələbi ilə saxlanılıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i4504-azərbaycanlı_idmançı_ermənistanın_tələbi_ilə_saxlanılıb
Polad Bülbüloğlu deyib Azərbaycanlı idmançı Ermənistanın tələbi ilə saxlanılıb
(last modified 2024-02-21T07:18:02+00:00 )
Fev 21, 2024 11:16 Asia/Baku
  • Azərbaycanlı idmançı Ermənistanın tələbi ilə saxlanılıb

Polad Bülbüloğlu deyib Azərbaycanlı idmançı Ermənistanın tələbi ilə saxlanılıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib:

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir.”

Bülbüloğluna görə K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər.

Səfir məhkəmənin qərarını gözlədiyini deyib.