Ceyhun Bayramov Belarusa səfər edib
Apr 12, 2024 06:08 Asia/Baku
MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfər edib.
Bu barədə KİV-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.-Rusiya Xarici İşlər Nazirliyi xəbər verib.