Azərbaycandan ilk zəvvar qrupu Həcc üçün yola düşdü
Bu gündən Azərbaycan Respublikasından Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfərlər başlayır.
ilk zəvvar qrupu Bakı vaxtı ilə saat 05:45-də bakı Beynəlxalq Aeroportundan yola düşüblər.
Bu barədə Azərbaycan kütləvi informasiya mənbələri xəbər verib .
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında, zəvvarların ilk qrupunun Səudiyyə Ərəbistanı saatı ilə saat 08:45-də çatacağını bildirmişdi .
Qeyd olunub ki , Sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək.
" Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Azərbaycana qayıdacaqlar. Sonuncu zəvvar qrupu iyulun 11-də Mədinədən yola düşəcək " .
Həcc ziyarəti ilə bağlı sənəd qəbulu martın 17-dən başlayıb. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.