Aərbaycan və Ermənistan razılığa gəliblər
https://parstoday.ir/azeri/news/azerbaijan-i5604-aərbaycan_və_ermənistan_razılığa_gəliblər
Ceyhun Bayramovla Ararat Mirzoyan razılığa gəldilər
(last modified 2024-05-13T06:45:42+00:00 )
May 12, 2024 05:48 Asia/Baku
  • Aərbaycan və Ermənistan razılığa gəliblər

Ceyhun Bayramovla Ararat Mirzoyan razılığa gəldilər

10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

 Aran Radiosu Azərbaycan KIV-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.

Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.