Azərbaycan Respublikasının rəsmiləri Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i5740-azərbaycan_respublikasının_rəsmiləri_tehranda_keçirilən_rəsmi_anım_mərasimində_iştirak_edəcək
Əli Əsədov Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək
(last modified 2024-05-23T03:12:25+00:00 )
May 22, 2024 07:23 Asia/Baku
  • Azərbaycan Respublikasının rəsmiləri Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək

Əli Əsədov Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək

Azərbaycan RespublikasıBaş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Bu barədə KİV-ə  Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə şəhid olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.