Zəngəzur dəhlizi Ermənistanın cənubla əlaqəsini kəsəcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i578-zəngəzur_dəhlizi_ermənistanın_cənubla_əlaqəsini_kəsəcək
Qafqaz məsələləri üzrə ekspert Ermənistanın cənubundan Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizinin yaradılması ilə bağlı xəbərdarlıq edib. “Dəhliz açılsa, Ermənistan cənubla əlaqəsini itirəcək və ermənilər İrana getmək üçün Bakıdan icazə almalı olacaqlar”.
(last modified 2023-08-27T04:57:50+00:00 )
İyun 19, 2023 09:09 Asia/Baku
  • Zəngəzur dəhlizi Ermənistanın cənubla əlaqəsini kəsəcək

Qafqaz məsələləri üzrə ekspert Ermənistanın cənubundan Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizinin yaradılması ilə bağlı xəbərdarlıq edib. “Dəhliz açılsa, Ermənistan cənubla əlaqəsini itirəcək və ermənilər İrana getmək üçün Bakıdan icazə almalı olacaqlar”.

İranın (ESCAP) Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasındakı keçmiş nümayəndəsi Məhəmməd İsmayıl Əlixani Zəngəzur dəhlizindən danışarkən deyib: Ermənistan Azərbaycana cənubda, İranla sərhəddə ərazi versə, İranın qonşusu olmaqdan çıxacaq”.

O qeyd edib: “İran Ermənistanla ən qısa ümumi sərhədə (38 km) malikdir. Bu, İran və Avropa arasında əlaqə qapılarından biridir və böyük əhəmiyyət kəsb edir. Bu vəziyyətdə Zəngzur dəhlizi yaradılarsa, Ermənistan cənubla əlaqəsini itirəcək və ermənilərin İrana getmək üçün Azərbaycanın razılığı və icazəsi olmalıdır”.