Azərbaycan Respublikası ilə Ermənistanın ümumi sərhədində gərginlik davam edir
Ermənistan növbəti dəfə Azərbaycan Respublikasının qüvvələrini sərhədyanı rayonlarda atəşkəsi pozmaqda ittiham edib.
Bazar günü axşam saatlarında sərhədyanı rayonların sakinləri yenidən atəşkəs rejiminin pozulmasının şahidi olublar. Bazar günü günortadan sonra xəbər mənbələri Ermənistan və Azərbaycan Respublikası silahlı qüvvələri arasında sərhəd toqquşmalarını və münaqişə tərəflərinin bu iddiaları təkzib etdiyini bildiriblər.
“Ermənistan” radiosu bu ölkənin rəsmilərinə istinadən xəbər verir ki, bazar günü səhər saatlarında Azərbaycan Respublikası qüvvələri sərhədin şərq və cənub-şərq hissələrində Ermənistan silahlı qüvvələrinin mövqelərini
müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Erməni mənbələrinin məlumatına görə, bu hücum heç bir itki verməyib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması ittihamını “iddia” adlandırıb və bunu təkzib edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Biz bu iddianı qəti şəkildə rədd edirik”.
Azərbaycan Respublikası ilə Ermənistan arasında son həftələr gərginlik artıb.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib:"Azərbaycan Respublikası Ermənistana qarşı yeni hücumlar hazırlayır. Marukyan aydınlıq gətirib ki, Bakı saxta ittihamlarla Ermənistana hücuma şərait yaratmağa çalışır.