Putin İlham Əliyevlə danışıqlar aparacaq
Vladimir Putin İlham Əliyevlə Astanada danışıqlar aparacaq
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Aran Radiosu TASS-a istinadən xəbər verir ki , bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.
Onun sözlərinə görə, Vladimir Putinin sammit çərçivəsində Türkiyə, Monqolustan, Çin, Pakistan və Qazaxıstan lideri ilə görüşləri nəzərdə tutulub.
Uşakov əlavə edib ki, Vladimir Putin İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber ilə də danışıqlar aparacaq.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.