Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir
(last modified Sun, 14 Jul 2024 06:46:03 GMT )
İyul 14, 2024 10:46 Asia/Baku
  • Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.

Məlumatda bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:

 

"Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb".