Ceyhun Məmmədov Aşura mərasimləri barədə xəbərdarlıq edib
VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov jurnalistlərə müsahibəsində Azərbaycan Xalqını Aşura günü mərasimləri üçün nəzərdə tutulmuş qadağalara riayət etməyə çağırıb.
Ceyhun Məmmədov deyib dövlət qurumlarının dilindən vətəndaşlara çağırış edib. O matəm mərasimlərinin sadəcə məscidlərdə yerinə yetirilməsini xatırladıb.
“Dini etiqad azadlığı haqqında” Qanuna əsasən dini ayin və mərasimlər yalnız ibadət yerlərində məscidlərdə, ziyarətgahlarda və ya onların ərazilərində keçirilə bilər. Müraciətimiz odur ki, insanlar bu prosesi düzgün yerinə yetirsinlər.”
Ceyhun Məmmədov dövlət qurumlarının dilindən etdiyi çağırışında sonra belə davam edib:
“Digər bir çağırış ondan ibarətdir ki, uşaqların məscidlərdə keçirilən mərasimlərə aparılması düzgün deyil. Biz də həmin məclisləri izləyirik. Bəzən 1-2 yaşında, hətta daha körpələr həmin mərasimlərə aparılır. Oradakı izdiham və proseslərin uşaqların psixologiyasına mənfi təsiri nəzərə alınaraq uşaqların əzadarlıq mərasimlərinə aparılması tövsiyə olunmur. Vətəndaşlar qaydalara əməl etməlidir”,- VI çağırış Milli Məclisin deputatı deyib.
Aşura və məhərrəmlik mərasimlərini insanların sağlamlığına ziyan hesab edən deputat sözlərini belə bitirib: “Bəzən 2-3 min insan bir məsciddə toplaşır. Bu, onların sağlamlığı üçün müəyyən problemlər yarada bilər. Hətta yaşlılar sağlamlıqla bağlı müəyyən problemlər yaşayıblar”.
Bir xalqın ayaqda qalması və yaşaması üçün onun dini və milli mentalitetinin nəsildən nəsilə ötürülməsinin vacibliyi kimsədə şübhə doğurmur. Bu isə sadəcə uşaqların və gənclərin dini və milli mərasimlərdə geniş iştirakına şərait yaradılması ilə mümkün olur. Bu zərurəti dərk edən zəkalı azərbaycanlılar tarix boyu İmam Hüseynin(ə) matəm mərasimlərində uşaqların, yeniyetmələrin və gənclərin iştirakına xüsusi diqqət yetirmişlər.
İmam Hüseynə(ə) canını fəda etməyə hazır olan Hüseyn(ə) aşiqləri və bu eşqin keyfiyyətini dərk etməyən bu deputat güya məscidlərə toplaşan insanların sağlamlığından nigarandır. “Məsciddən kənar mərasim olmaz, məsciddə də sağlamlığa təhlükə var” demək, əslində mərasim keçirməyin deməkdir. Ceyhun Məmmədov Avrovijen mahnı yarışması üçün Bakıda inşa edilmiş zalda keçirilən konsertlərdə minlərlə insanın içkili vəziyyətdə atılıb düşməsi, həmin mühitə uşaqların da buraxılmasının ziyanları barədə danışmayıb.