Lavrov üçtərəfli görüşün nəticələrini şərh etdi- Artıq tərəflər yekun razılaşmaya yaxındırlar.
https://parstoday.ir/azeri/news/azerbaijan-i66-lavrov_üçtərəfli_görüşün_nəticələrini_şərh_etdi_artıq_tərəflər_yekun_razılaşmaya_yaxındırlar.
Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşün nəticələrini şərh edib
(last modified 2023-08-27T04:58:23+00:00 )
May 20, 2023 04:29 Asia/Baku
  • Lavrov üçtərəfli görüşün nəticələrini şərh etdi- Artıq tərəflər yekun razılaşmaya yaxındırlar.

Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşün nəticələrini şərh edib

Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşün nəticələrini şərh edib .

bu barədə Rusiya XİN məlumat yayıb.

O qeyd edib ki, Ermənistan və Azərbaycan münasibətləri, eləcə də Qarabağ ilə bağlı bir sıra görüşlər keçirilib.

"Əvvəlcə Azərbaycandan olan həmkarım Bayramov və Ermənistandan olan həmkarım Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər oldu. Sonra üçümüz görüşdük", - Lavrov bildirib.

Nazirin sözlərinə görə, görüş zamanı sülh müqaviləsi də müzakirə edilib:

"Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda digər vasitəçilərin də cəlb olunması ilə aktiv şəkildə müzakirə gedir. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində işləmək, əlbəttə ki, əsasdır. Amma bizim tərəfdaşlarımız bu gün təsdiq etdilər ki, delimitasiya məsələləri həll olunmadan, nəqliyyat və iqtisadi kommunikasiyalar açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir.Bütün bunları kompleksdə müzakirə etdik.

Gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələlərinə dair iclası keçiriləcək. Ümid edirik ki, nəticə müsbət olacaq. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar.