Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin danışıqları 3 gün davam edəcək
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək görüş bu gun başlayacaq.
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək görüş bu gun başlayacaq.
Azərbaycanın kütləvi informasiya mənbələrinə istinadən bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O qeyd edib ki, görüş iyunun 29-dək davam edəcək.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqları davam etdirəcək.
Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyan ötən gün ABŞ-a yola düşüb.
Qeyd edək ki, dünən İran və Rusiya prezidentləri telefon danışığında region ölkələrinin aralarındakı problemlərin həlli üçün əməkdaşlığı və koordinasiyasını vurğulayaraq, Qafqazda qeyri-regional qüvvələrin mövcudluğunu region ölkələri üçün təhlükə adlandırıblar.