Azərbaycandan təkid, Ermənistandan təkzib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mövqelərini atəşə tutduğunu bildirib. Ermənistan tərəfi məlumatı təkzib edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yayılan məlumata görə
Sentyabrın 12-də saat 00:15-dən 01:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikası Babək rayonunundakı mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutublar.
Məlumatda Azərbaycan bölmələrinin bu istiqamətdə adekvat cavab tədbirləri gördükləri deyilir.
Ermənistan hərbi idarəsi isə Azərbaycan Müdafiə Nazirliyinin bu məlumatına münasibət bildirərək xəbərim həqiqətə uyğun olmadığını bildirib.