Bu bəyanat Azərbaycanın özünə ziyan vurur
Bu bəyanat məhz Azərbaycana ziyan vurur, çünki mövcud reallıqları nəzərə alaraq onilliklər ərzində münaqişəyə səbəb olan məsələni həll etməyiblər.
Bu sözləri bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Qarabağ ermənilərinə əlavə heç bir təhlükəsizlik təminatı verilməyəcəyi, yalnız öz dillərində danışa biləcəkləri haqda açıqlamasını şərh edərkən deyib.
“Bu, reallıqdan qaçmaqdır, bu, məsələnin həlli olmayacaq və bu məsələlərin müzakirə olunmaması onlar üçün sərfəli deyil. Əminəm ki, onlar nə vaxtsa buna da gələcəklər. İndi də hesab edirəm ki, bu, danışıqlardan əvvəl və danışıqların ilkin mərhələsi kimi “yüksək standart”ın müəyyən edilməsi üçün edilir”, - o bildirib.
Alen Simonyan deyib ki, bizim üçün ermənilərin hüquqlarının müdafiəsi ən vacib məsələdir:
“Bu məsələni sadəcə unutmaq olmaz, bu, özünü aldatmaqdır. Əgər Azərbaycan özünü aldatmağa hazırdırsa, Ermənistan buna hazır deyil, biz bəyanatlarımızda ardıcıl olacağıq.