Bakı Niderlandı tənqid edib
(last modified Tue, 17 Sep 2024 15:36:57 GMT )
Sen 17, 2024 19:36 Asia/Baku
  • Bakı Niderlandı tənqid edib

Azərbaycan XİN Niderland hökumətinin "Dağlıq Qarabağın ələ keçirilməsindən" bəhs edilən xarici siyasət proqramını tənqid edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı mətbuata verdiyi açıqlamada deyib: “Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir.”

XİN-in sözçüsü Ayxan Hacızadə Niderland tərəfini bu cür bəyanatlara son qoymağa çağırıb.

Bir müddət əvvəl Qarabağdan erməni sakinlərin “məcburi çıxarılması"nı bəyan edən Niderland parlamentinin ardınca sentyabrın 13-də Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi və "Dağlıq Qarabağ" adı altında qeyd edilib.

Niderland hökumətinin 13 sentyabrda açıqlanan xarici siyasət proqramında Ermənistanla əlaqələrin gücləndirilməsinə yer ayrılıb. Qeyd olunub ki, iqtisadi cəhətdən inkişaf etmək və regional nəqliyyat şəbəkələrinə daha yaxşı qoşulmaq üçün Ermənistan "Global Gateway", Dünya Bankı çərçivəsində olan proqramlar kimi Avropa fondlarından da optimal şəkildə faydalana bilməlidir.