Konqresdə dinləmələr və Bakıdan reaksiya
Sentyabrın 19-da ABŞ Konqresinin İnsan Hüquqları Komitəsi “Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı törətdiyi pozuntuları” adı altında dinləmələr keçirib.
Çıxış edən konqresmenlər ABŞ hökumətini Qarabağ ermənilərinin hüquqlarının müdafiəsində daha qətiyyətli olmağa çağırıblar.
Komissiyanın həmsədri Kristofer Smit bölgənin 9 aylıq blokadasını və Azərbaycanın hərbi hücumunu “soyqırımı” kimi qiymətləndirib.
“Birləşmiş Ştatlar hökuməti hakimiyyətdə kimin, demokratların və ya respublikaçıların olmasından asılı olmayaraq, insan hüquqlarının bu cür pozulmasını açıq şəkildə pisləməlidir. Mən çox təəssüf edirəm ki, ABŞ Azərbaycanın COP29-un Bakıda keçirilməsi tələbinə etiraz etmədi”, – deyən amerikalı konqresmen qeyd edib ki, Qarabağ ermənilərinə öz evlərinə qayıtmaq imkanı verilməlidir.
Tədbirə Qarabağdakı separatçıların fəaliyyəti dövründə bu bölgədə ambudsman işləmiş Qeqam Stepanyan Azərbaycanın blokadası zamanı insanların yaşadıqları məhrumiyyətlər, aclıq, hərbi hücumlar və köçkünlər barədə ətraflı danışıb:
“Biz Rusiya sülhməramlılarının gözü qarşısında evlərimizdən zorla köçürüldük. Həmçinin Qarabağa növbəti hücuma dözməyəcəyini açıqlayan ABŞ-ın gözü qarşısında”.
O, beynəlxalq ictimaiyyətə köçkün ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı təkliflər təqdim edib:
Qeqam Stepanyanın eyni zamanda, erməni əsirlərin azad edilməsi üçün səy göstərilməsini də dilə gətirib:
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ Konqresinin İnsan Hüquqları Komitəsindəki dinləmələrə reaksiya verib. O bunu Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik adlandırıb.
Ayxan Hacızadənin fikrincə, Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir.